“Azərbaycan artıq elə bir ölkədir ki, etiraz etmək istəsə belə, zalı tərk etməyəcək”


“Bir şeyi anlamaq vacibdir. Azərbaycan artıq elə bir ölkədir ki, etiraz etmək istəsə belə, zalı tərk etməyəcək”.

Turkustan.az xəbər verir ki, bu sözləri tanınmış prodüser, televiziya aparıcısı Emin Əfəndi teleqram kanalında yazıb.

“Biz elə bir mərhələyə gəlib çatmışıq ki, bölgəmizdə, hətta qitəmizdə qazandığımız nüfuz bizə başqa cür davranmaq imkanı verir. Etiraz etmək istəyiriksə, bunu zalı tərk etməklə yox, öz mövqeyimizi ortaya qoymaqla edirik və bu da kömək etmirsə, zalı yox, həmin təşkilatı tərk edirik.

Bir şeyi də unutmaq olmaz. Azərbaycan BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasa da, yaxın tarixdə həmin qurumun qəbul etdiyi qətnamələrin icrası ilə bağlı ən mühüm nümunələrdən birini özü yaradıb.

Artıq Azərbaycanın yalnız regionda deyil, bütövlükdə beynəlxalq siyasətdə öz maraqları var. Və bu maraqları biz nümayişkaranə jestlərlə, zalı tərk etməklə yox, ciddi, hesablanmış və real siyasətlə qoruyuruq.

Çünki güclü ölkə etirazını zalı tərk etməklə yox, öz yerini möhkəmlədərək göstərir”, - deyə Emin Əfəndi qeyd edib./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ