Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa


İrəvan meriyasına Ağrı dağının göründüyü video materialların yayımlanmaması barədə göstəriş verilib.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

“Belə görüntülərolarsa, müxtəlif şöbələrə videomaterialı silmək və Ağrı dağının görünmədiyi yeni versiyanı yayımlamaq barədə göstəriş veriləcək. Eyni zamanda, Ermənistan hakimiyyəti ölkəyə giriş və çıxış zamanı pasportlara vurulan möhürdəki Ağrı dağının təsvirini götürüb, yeni pasportun nümunəsində isə Xor Virap monastırını Ağrı dağının görünmədiyi rakursdan təsvir edib”, - məlumatda deyilib./axar.az


MANŞET XƏBƏRLƏRİ