Rusiya Kalininqrad vilayətinə qarşı mümkün blokada və ya hücum cəhdinə nüvə silahları da daxil olmaqla, əlindəki bütün vasitələrlə cavab verə biləcəyini bildirib.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiyanın Londondakı səfirliyi sosial media hesabında Britaniya mətbuatında Kalininqrad vilayəti ilə bağlı yayılan xəbərlərə və şərhlərə münasibət bildirərkən açıqlama verib.
Səfirlik Kalininqrada qarşı hər hansı blokada və ya hücum cəhdinin Rusiyanın sərt cavabı ilə nəticələnəcəyini vurğulayıb.
Aytən Yaşar/ Turkustan.az