Müəllimin həbsi ilə bağlı Qarabağ Universiteti açıqlama verib.
Turkustan.az xəbər verir ki, Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsindən mediada adı hallanan Faiq Məmmədovla bağlı bildirilib ki, o, universitetdə heç vaxt çalışmayıb və ali təhsil müəssisəsi ilə hər hansı əməkdaşlığı olmayıb.
Universitetdən media nümayəndələrinə müraciət edilərək Qarabağ Universiteti ilə bağlı məlumatların dəqiqliyinin təmin olunması məqsədilə müvafiq hallarda İctimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxlamaları xahiş edilib.
Açıqlamada media nümayəndələrinə anlayış və əməkdaşlığa görə təşəkkür bildirilib.
xxx
Qarabağ Universitetində idman müəllimi işləmiş Faiq Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.
Turkustan.az Xitab24.az-a istinadla xəbər verir ki, 1993-cü il təvəllüdlü təqsirləndirilən şəxs dələduzluqda, hədə-qorxu ilə tələb etmədə və əxlaqsız hərəkətlərdə ittiham olunub.
Onun bu davranışından iki tələbə zərər çəkib.
Tələbələrin şikayətindən sonra F.Məmmədov barəsində araşdırma aparılıb, o, saxlanılaraq istintaqa təhvil verilib. Təqsirləndirilən şəxsin törətdiyi əməl sübuta yetirilib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, F.Məmmədov 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, F.Məmmədov hadisədən sonra Qarabağ Universitetindəki işindən xaric edilib.