Bayram yarmarkaları nə vaxt başlayır? - Açıqlama


“Kənddən Şəhərə” yarmarkaları artıq fəaliyyətə başlayıb və hər həftə sonu keçirilir.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyidən bildirilib.

“İlk yarmarkamız keçən həftənin şənbə-bazar günləri keçirildi və periodik olaraq davam etdiriləcək. Yeni il ərəfəsində isə konkret müddət açıqlanacaq. Təxminən 2 həftə ərzində davamlı yarmarkaların keçirilməsi nəzərdə tutulub”, - məlumatda deyilir.

Bildirilib ki, məhsullarını satmaq istəyən fermerlər qeydiyyatdan keçməlidir:

“Aqrar tədarük və təchizat” ASC-nin qeydiyyatında olan fermerlər məlumatlıdırlar. Məhsulları gətirməkdə nəqliyyat çətinliyi çəkən fermerlər üçün logistika dəstəyi göstəriləcək”.


MANŞET XƏBƏRLƏRİ