Ərdoğanla görüşən Şahbaz Şərifdən Quterreşə cavab: “Biz qardaşıq” – Video


Türkiyənin Antalya şəhərində keçirilən COP31 Liderlər Sammitində Prezident Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifi qarşılayıb.

Turkustan.az xəbər verir ki, iki liderin görüşü zamanı BMT-nin Baş katibi Antonio Quterreş də orada olub. Quterreş liderlərə müraciətlə “Sizi birlikdə görmək çox xoşdur” deyib.

Pakistanın Baş naziri Şahbaz Şərif isə onun sözlərinə “Biz qardaşıq” cavabını verib.

Şərifin bu ifadəsi Türkiyə ilə Pakistan arasındakı yaxın dostluq və qardaşlıq münasibətlərinə vurğu kimi qiymətləndirilib.

İki ölkə arasında müdafiə sənayesi, ticarət və diplomatik əməkdaşlıq sahələrində sıx əlaqələr davam edir. Antalyada baş tutan qısa dialoq da sammitin diqqət çəkən anlarından biri olub.


Bizim.Media


MANŞET XƏBƏRLƏRİ