Şuşanın qayalarını "xatirə dəftəri"nə çevirdilər - Xoşagəlməz mənzərə - FOTO


Şuşa şəhərinə gələn bəzi turistlərin tarixi əhəmiyyət daşıyan qayaların üzərinə yazılar yazması narazılığa səbəb olub.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin beynəlxalq münasibətlər və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səmayə Məmmədova Oxu.Az-a açıqlamasında məsələ ilə bağlı qurumun adından ictimaiyyətə müraciət edib.

O bildirib ki, şəhərə gələn bəzi şəxslər həm təbiətə, həm də tarixi əks etdirən qayalara ziyan vururlar:

"Sizə, sadəcə, iki nümunə göndərdik. Belə hallar çoxdur. Məsələ ilə bağlı dəfələrlə tədbir görülüb, qayaları korlayan şəxslər cərimələnib və onlara izahat verilib. Lakin buna baxmayaraq, xoşagəlməz hallar davam edir və təkrarlanır.

O qayalarda qan izləri var, o qayalarda güllə izləri var. Bütün bunların fonunda gəlib orada yazı yazmaq, ad yazmaq, hər şeydən əvvəl, o torpaqlara canını qoyanların ruhuna hörmətsizlikdir".

Şuşanın qayalarını xatirə dəftərinə çevirdilər - Xoşagəlməz mənzərə - FOTO

Şuşanın qayalarını xatirə dəftərinə çevirdilər - Xoşagəlməz mənzərə - FOTO


MANŞET XƏBƏRLƏRİ