Britaniya Səfirliyi Vaşinqton razılaşmasının ildönümü ilə bağlı bəyanat yaydı


"Vaşinqton Sammitində əldə olunan razılaşmaların birinci ildönümündə sülhə doğru bu tarixi addımı atan liderlərin siyasi iradəsini yüksək qiymətləndiririk".

Bu, Vaşinqton Sammitində əldə olunan razılaşmaların birinci ildönümü ilə bağlı Böyük Britaniyanın Bakıdakı Səfirliyinin bəyanatında qeyd olunub.

"Davamlı dialoq və əməkdaşlıq gələcək nəsillər üçün təhlükəsiz və firavan regionun qurulmaşı baxımından vacibdir.

Böyük Britaniya uzunmüddətli və davamlı sülhə nail olmaq üçün göstərilən səyləri dəstəkləməyə davam edəcək", - bəyanatda bildirilib.


MANŞET XƏBƏRLƏRİ