Avqustun 6-na keçən gecə Gəncənin Poçt qəsəbəsində yerləşən restoranların birində baş verən kütləvi davada 39 yaşlı Azər Yusifov qətlə yetirilib.
Turkustan.az Qafqazinfo-ya istinadla xəbər verir ki, öldürülən şəxs vəkil Araz Yusifovun qardaşı imiş.
Azər Yusifov restoranda dava salan bir qrup gənci ayırmağa çalışarkən bıçaq xəsarəti alıb və hadisə yerində vəfat edib.

O, ailəli olub, 2 uşaq atası idi.
Hadisə zamanı 1998-ci il təvəllüdlü Azmat Peçerskiy, 1998-ci il təvəllüdlü Tural İlyasov və 1995-ci il təvəllüdlü Rahib Bayramlı yaralanıb. Cinayəti törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Mirad Məmmədzadə saxlanılıb.