Paşinyandan ermənilərə 8 avqust çağırışı: “Çıxılmaz vəziyyətdə idik, Azərbaycan….”


“2025-ci il 8 avqustda Vaşinqton sazişi imzalanmadan əvvəl Ermənistan çıxılmaz vəziyyətdə idi”.

Turkustan.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

Paşinyan bildirib ki, 8 avqust razılaşmasından sonra Ermənistanın qarşısında yeni perpektivlər açılıb:

“Bu imkanlardan istifadə edib-etməməyimiz kollektiv iradəmizdən, biliklərimizdən, dünya və tariximiz haqqında məlumat əldə etmək qabiliyyətimizdən asılıdır. Bu, Vaşinqton Sülh Zirvəsinin ən böyük siyasi və sosial-psixoloji nəticəsidir: tariximizin sükanı yenidən öz əlimizdədir. Bu, yolun mükəmməl və təhlükəsiz olması demək deyil, qərarlarımızın gələcək taleyimizi müəyyən edən əsas amil olması deməkdir. Bu isə tarixi bir dönüş nöqtəsidir.

Vaşinqton Sülh Sammitinin ən vacib nəticələrindən biri də Ermənistanın iqtisadi blokadadan çıxması, gələcəkdə Azərbaycanla bir-birini maneə kimi deyil, bir yol, qonşu kimi qəbul etməsi olacaq. Yaxın gələcəkdə TRİPP layihəsinin də icrasına başlayacağıq. Ermənistanla Azərbaycanla arasında münaqişə səhifəsi bağlanıb, sülh bərqərar olub. Sülhü yaratmaq asan deyil, amma onu dağıtmaq çox asandır”.

Paşinyan bildirib ki, hazırda Ermənistanda bəziləri sülhü məhv etməyə çalışır:

“Bunu “vətənpərvərlik” pərdəsi altında edirlər. Biz sülhü qorumaq üçün Qarabağ ermənilərinin geri qayıtması məsələsindən danışmağı dayandırmalıyıq. Gələcək nəsillərin dinc yaşaması üçün bu, vacibdir. Sülhün bərqərar olması üçün göstərdiyi dəstəyə görə ABŞ Prezdenti Donald Trampa təşəkkür edirəm”.

/Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ