Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası BMT-nin “Mədəni hüquqlar sahəsində xüsusi məruzəçisinə hesabat təqdim edib


Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası tərəfindən həyata keçirlən “Milli Maraqların beynəlxalq təşkilatların prosedurlarından istifadə etməklə müdafiəsi” layihəsi çərçivəsində BMT-nin Mədəni Hüquqlar Sahəsində Xüsusi Məruzəçisinə "Azərbaycan ərazilərində başqa xalqlara və etnik qruplara məxsus mədəni irsin mühafizəsi" adlı hesabat təqdim edib.

QHT.az xəbər verir ki, 20 kompüter səhifəsi həcminə olan hesabata Azərbaycanda mövcud olan və digər xalqlara məxsus olan mədəni irs nümunələrinə dair qısa məlumatlar, mədəni irs nümunələrin (dini obyektlər, memarlıq abidələri s.) şəkilləri, mədəni irsin qorunması istiqamətində dövlətin həyata keçirdiyi fəaliyyətlər, o cümlədən mədəni irs nümunələrinin restavrasiyası, konservasiyası, qeydə alınaraq xüsusi reyestra daxil edilməsi barədə qısa məlumatlar daxil edilmişdi.

Hesabatın giriş hissəsində hazırkı Ermənistan ərazisində və 30 ildən artıq işğal altında olan ərazilərimizdə Azərbaycan xalqına (azərbaycanlılara və digər xalqlara məxsus olmuş) məxsus mədəni irsin, o cümlədən məscidlərin, kilsələrin və s. dini obyektlərin dağıdılmasına dair məlumatlar daxil edilmişdir. Hesabatda Erməni xalqına məxsus olan dini obyektlərə dair (məsələn, Müqəddəs Qriqori Kilsəsi haqqında) məlumatlar da daxil edilmişdi.

Hesabatın hazırlanmasıda məqsəd erməni lobbisinin, Ermənistan QHT-lərinin və erməni lobbisinə bağlı olan bəzi beynəlxalq qeyri-hökumət təşkilatlarının, o cümlədən kilsə və xristian təşkilatlarının bağlı qlobal anti-Azərbaycan kampaniyasını ifşa etməkdir.

Hesabat Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası və İnsan Hüquqları üzrə Təlim və Tədqiqat İctimai Birliyi tərəfindən birgə hesabat kimi təqdim edilmişdir.

Hesabatın hazırlanması zamanı Mədəniyyət Nazirliyi ilə sıx əməkdaşlıq edilmişdir.


MANŞET XƏBƏRLƏRİ