Bəzi bölgələrdə iki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ


Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq olunub.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 8-9-da bəzi bölgələrdə küləkli hava şəraiti gözlənilir.

Belə ki, Naxçıvan MR, Cəbrayıl, Goranboy, Naftalan, Daşkəsən, Mingəçevir, Cəlilabad, Biləsuvar, Hacıqabul, Xaçmaz, Siyəzən, Şabran, Qusarda sarı xəbərdarlığa uyğun olaraq cənub-şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.


MANŞET XƏBƏRLƏRİ