Rusiya ilə müharibəyə görə Saakaşvili günahkardır – Kobaxidze


“Avropa Şurasının qətnaməsində təqribən belə yazılıb ki, münaqişə genişmiqyaslı hərbi əməliyyatlar mərhələsinə Saakaşvili rejiminin Tsxinvalı bombalamasından sonra başlayıb”.

Turkustan.az “APA”ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Rusiya-Gürcüstan müharibəsinin 18-ci ildönümü ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, münaqişənin müharibəyə çevrilməsi Saakaşvili rejiminin müharibəyə başlaması deməkdir.

“Təəssüf ki, qətnamədə Saakaşvili rejimi yazılmayıb, Gürcüstan tərəfi yazılıb”, – Kobaxidze əlavə edib.


MANŞET XƏBƏRLƏRİ