Qonşu ölkədən tarixi razılaşma ilə bağlı qalmaqallı açıqlama


İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rzayi Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan Məkkə Birgə Müdafiə Sazişi ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, Rzayi sosial şəbəkədəki X hesabında paylaşdığı açıqlamada Səudiyyə Ərəbistanının regiondankənar ölkələrlə ittifaq axtarışını tənqid edib.

İranlı deputat Ər-Riyadın təhlükəsizlik siyasətini hədəf alaraq üçüncü ölkələrlə strateji tərəfdaşlığın regiona davamlı sabitlik gətirməyəcəyini bildirib.

Rzayi Səudiyyə Ərəbistanının əvvəlki siyasətinə də toxunaraq qeyd edib:

“Səudiyyə Ərəbistanı başa düşməlidir ki, Türkiyə və Pakistanla kağız üzərində imzalanan saziş ona təhlükəsizlik təmin etməyəcək. Necə ki, illərdir ABŞ-a birtərəfli şəkildə tabe olmaq siyasəti də Səudiyyə Ərəbistanına təhlükəsizlik gətirməyib”.

Rzayi açıqlamasının davamında Səudiyyə Ərəbistanı hökumətini xarici siyasət kursunu yenidən nəzərdən keçirməyə çağırıb.

O, regional təhlükəsizliyin xarici aktorların iştirakı və ya kağız üzərində imzalanan sazişlər deyil, region ölkələrinin təşəbbüsləri əsasında təmin edilməsinin vacibliyini vurğulayıb.

“Politikanızı dəyişin ki, daha təhlükəsizlik üçün başqalarından yalvarmağa ehtiyac qalmasın”, – deyə Rzayi bildirib.

AYtən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ