Şəhid Elçin Kərimbəylinin Anim günü qeyd edilib


Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Elçin Kərimbəylinin Anim günü qeyd edilib.

Şəhid Elçin Kərimbəylinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, qarşısına çiçəklər qoyuldu.

1 oktyabr 2010-cu il tarixində Nərimanov rayon Hərbi Komissarlığı (indiki Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsi) tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır.

O, hərbi xidmət zamanı bir çox döyüş tapşırıqlarını yerinə yetirmiş, hər zaman əsgər yoldaşları arasında fərqlənmişdir.

Xidmətində fərqləndiyinə görə baş atıcı vəzifəsinə keçirilərək, evlərinə təşəkkür məktubu göndərilmişdir.

20 aprel 2011-ci il Elçin Kərimbəyli döyüş postunda növbəti döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olmuşdur.


MANŞET XƏBƏRLƏRİ