Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsini münaqişə və xarici asılılığa əsaslanan təhdid adlandırıb.
Turkustan.az xəbər verir ki, o, bu açıqlamanı hökumət iclasından sonra keçirilən brifinqdə verib.
“Bu, müstəqillik bəyannaməsi deyil, münaqişə bəyannaməsi və nəticə etibarilə asılılıq bəyannaməsidir”, - deyə Paşinyan bildirib.
O, region ölkələrini eyni mərtəbədəki mənzillərlə müqayisə edərək, Bəyannamədə Ermənistanın qonşularına qarşı təhdidlərin olduğunu və bu şərtlər altında ölkənin yalnız xarici dəstək ilə mövcud ola biləcəyini bildirib.
“Xarici yardım gözləntisini kimdən gözləyirsənsə, ondan getdikcə daha çox asılılıq yaradır. Nəticə etibarilə, Müstəqillik Bəyannaməsi münaqişə və asılılıq bəyannaməsidir”, - deyə Paşinyan bildirib.
Eyni zamanda, o, Konstitusiyaya dəyişiklik edilməsi və Bəyannaməyə istinadın aradan qaldırılması məsələsinin "daxili müzakirə" olduğunu söyləyib.
Baş nazir iddia edib ki, məsələ xarici güclərlə müzakirə olunmur./publika.az