Qəza orucu tutmaq olarmı? – İlahiyyatçı


Bir çox insanlar bəzi səbəblərdən tuta bilmədiyi orucun daha sonra qəzasını tutur.

Maraqlıdır, görəsən, bu məsələ dində necə qarşılanır?

Bu barədə Gununsesi.info-ya ilahiyyatçı Elşad Miri danışıb.

O bildirib ki, Bəqərə sürəsinin 184 və 185-ci ayələrində deyildiyi kimi, orucu iki cür insan tuta bilməz:

“Səhhəti yaxşı olmayan və səfərdə olan insanlar oruc tutmaya bilər. Ancaq elə xəstələr və səfərdə olan insanlar var ki, tuta bilirlər. Bu, sadəcə, dinin verdiyi icazədir. Faktiki olaraq bir insan Ramazan ayında oruc tutmursa, başqa ayda tutduğu oruc başqa oruc olur, Ramazan ayının orucunu tutmuş olmur. Ramazan ayında tutulan oruc məhz Ramazan ayına aiddir, sonrakı aylarda tutulan oruc deyil”.


MANŞET XƏBƏRLƏRİ