Yaxın Şərqdə gərginliyin artması fonunda, dünyanın ən böyük qaz yataqlarından biri hesab olunan İrandakı Cənubi Pars təbii qaz yatağına edilən hücum münaqişənin gedişatına təsir göstərib.
Turkustan.az xəbər verir ki, ABŞ və İsrailin hədəf aldığı iddia olunan Cənubi Pars təbii qaz yatağında yerləşən bəzi emal obyektlərinə zərbələr endirilib. Məlumata görə, pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlar yatağın 3-cü və 6-cı fazalarını hədəf alıb.
Fars körfəzində yerləşən və İranla Qətər arasında bölüşdürülən Cənubi Pars yatağı dünyanın ən böyük təbii qaz ehtiyatlarından biri hesab olunur və hər iki ölkənin enerji sektorunda mühüm rol oynayır.
Hadisədən sonra ABŞ-ın keçmiş prezidenti Donald Tramp məsələ ilə bağlı açıqlama verib. O bildirib ki, ABŞ bu hücumda iştirak etməyib:
“Yaxın Şərqdə baş verən hadisələrdən qəzəblənən İsrail, İranda Cənubi Pars qaz yatağı kimi tanınan böyük bir obyektə güclü hücum həyata keçirdi. Hücum nəticəsində yatağın yalnız nisbətən kiçik bir hissəsinə zərər dəyib. ABŞ bu hücum barədə əvvəlcədən məlumatlı olmayıb.”
Aytən Yaşar/ Turkustan.az