ABŞ-ın dəstəklədiyi İsrail–İran münaqişəsi Yaxın Şərqdə 20-ci günündə davam edərkən, İranın cavab hücumlarına məruz qaldığı bildirilən Səudiyyə Ərəbistanı sərt mövqe nümayiş etdirib.
Turkustan.az xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan paytaxt Ər-Riyadda keçirilən ərəb və İslam ölkələrinin xarici işlər nazirlərinin fövqəladə iclasından sonra açıqlama verib. O bildirib: “Əgər İran Körfəz ölkələrinin cavab verməyə aciz olduğunu düşünürsə, səhv edir”.
Nazir İranın bölgə ölkələrinə qarşı hücumlarını tənqid edərək, bu addımların mehriban qonşuluq prinsiplərinə zidd olduğunu və Tehrana olan etimadı azaltdığını vurğulayıb. Bin Fərhan həmçinin İranı məqsədlərinə çatmaq üçün “şantaj siyasəti” yürütməkdə ittiham edib.
O əlavə edib ki, Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələr İranın hücumlarına qarşı koordinasiyalı şəkildə hərəkət edir. Nazir vurğulayıb ki, əsas prioritet hücumların dayandırılmasıdır və bu məqsədlə bütün siyasi, iqtisadi və diplomatik vasitələrdən istifadə olunacaq.
Aytən Yaşar/ Turkustan.az