ABŞ–İsrail və İran arasında davam edən müharibənin 20-ci günündə Yaxın Şərqdə gərginlik daha da artıb.
Turkustan.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN-a danışan bir İsrail rəsmisi ölkəsinin Xəzər dənizində yerləşən İran dəniz qüvvələrinə qarşı hava hücumu həyata keçirdiyini iddia edib.
“The Times of Israel” qəzeti isə Xəzər dənizi sahilində yerləşən Bəndər Ənzəli şəhərində baş verən hava hücumları nəticəsində güclü partlayış səslərinin eşidildiyini yazıb.
Məlumata görə, partlayışların İsrailə məxsus döyüş təyyarələrinin Xəzər dənizində İran dəniz qüvvələrinə zərbələr endirməsi ilə əlaqədar olduğu bildirilir. Hava hücumlarında İranın beş hərbi gəmisi hədəfə alınıb.
Qeyd olunur ki, İsrail ordusu 28 fevraldan — ABŞ-a qarşı həyata keçirilən hücumlardan sonra — ilk dəfə olaraq Xəzər dənizində İranın dəniz qüvvələrini hədəf alıb.
Aytən Yaşar/ Turkustan.az