İzmir, 2026 – Azərbaycan Diaspora Komitəsi və federasiyaya bağlı Türkiye-Azerbaycan Dostluq Federasiyasına bağlı İzmir Azərbaycan Mədəniyyət və Dayanışma Dərnəyi, İzmir şəhərində böyük bir Novruz Şənliyi keçirdi. Tədbirə İzmir Böyük Şəhər Bələdiyyəsi də dəstək verdi.
Şənlikdən əvvəl, Azərbaycan Diaspora Komitəsi sedir Fuad Muradov və yanında olan heyət İzmirə rəsmi səfər etdi. Heyət ilk olaraq Karşıyaka rayonunda yerləşən Heydər Əliyev Parkını və burada Ulu Öndərin büstünü ziyarət etdi. Ziyarət zamanı Komitə sedri Fuad Muradov, Azərbaycanın Türkiyədəki Böyük Elçisi Dr. Reşad Mahmudov və Karşıyaka Bələdiyyə Başqanı Mustafa Evsen çıxış edərək Azərbaycan-Türkiyə qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin “Bir Millət, İki Dövlət” anlayışı əsasında hər gün daha da gücləndiyini vurğuladılar. Ardından, Ulu Öndər Heydər Əliyevin büstü önünə çiçəklər qoyuldu və aziz xatirəsi dərin hörmətlə anıldı.
Daha sonra Fuad Muradov və heyət İzmir Valisi Dr. Süleyman Elban ilə görüşdü. Görüş zamanı iki qardaş ölkənin bölgələri arasındakı mövcud əlaqələr və əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə edildi.
Valilik görüşündən sonra heyət tarixi İzmir Milli Kitabxanasına keçdi. Burada Fuad Muradov və Reşad Mahmudov, kitabxananın bağlı olduğu fondun başkanı, vəkil Ulvi Tuğla görüşərək Azərbaycandan gətirilmiş kitabları kitabxanaya hədiyyə etdilər. Görüş zamanı qərara alındı ki, kitabxanada Türkiyə Türkçəsinə çevrilmiş Azərbaycan yazarlarının kitablarından ibarət xüsusi guşə yaradılacaq. Bu addım həm Azərbaycan ədəbiyyatının Türkiyədə tanınmasına, həm də milli-mənəvi bağların gücləndirilməsinə xidmət edəcək.
Saat 17:00–20:00 arası İzmir və ətraf bölgələrdə yaşayan 600-a yaxın soydaşlarla görüş keçirildi. Nazir Muradov bu görüşdə onların şikayət və təkliflərini dinlədi. Tədbirə Güney Azərbaycan, Iğdır, Kars və Türkiyənin müxtəlif bölgələrindən gəlmiş azərbaycanlılar qatıldı. Eyni zamanda, İzmir və Manisada fəaliyyət göstərən dərnək rəhbərləri və idarə heyəti üzvləri də görüşdə iştirak etdi.
Bu görüş zamanı Azərbaycan icması ilə keçirilən tədbirdə Prezident İlham Əliyevin Qarabağla bağlı tarixi çıxışlarının yer aldığı videoçarxlar nümayiş olundu və sürəkli alqışlarla qarşılandı.
Saat 20:00-dan sonra isə Novruz Şənliyi “Azərbaycan Gecəsi” adı ilə bədii proqramla davam etdi. Tədbirin bədii hissəsində Azərbaycandan gəlmiş tanınmış sənətçilər iştirak edərək proqramı zənginləşdirdi. Tədbirin aparıcısı isə Azərbaycanın Türkiyədəki mədəniyyət elçisi, sənətçi Roza İbadova tərəfindən həyata keçirildi. İzmirə gəlmiş tanınmış sənətçilər tədbirə xüsusi rəng qatdı, həmçinin İzmirdə təhsil alan azərbaycanlı tələbələrin təqdimatları ilə bakan və protokol üzvləri salamlandı.
Tədbir zamanı Azərbaycan dövləti tərəfindən təsis edilən medallar da təqdim olundu. Tədbirin təşkilatçılarından biri olan TADEF üzvü və İzmir Azərbaycan Mədəniyyət Dərnəyi başkanı Əşrəf Tuna medal ilə təltif olundu. Həmçinin müstəqil jurnalist Nigar Ögeda da diaspor fəaliyyətlərində göstərdiyi xidmətlərə görə medalla mükafatlandırıldı.
Novruz şənliyi, həm mədəniyyətin, həm də diaspora fəaliyyətlərinin bir araya gəldiyi unudulmaz bir gün olaraq yadda qaldı. Tədbir, həm Azərbaycan, həm də Türkiyə azərbaycanlıları arasında birliyi, milli-mənəvi dəyərlərin gücləndirilməsini və qardaşlıq əlaqələrinin daha da dərinləşməsini nümayiş etdirdi.





