“Paşinyan arvadına xəyanət edirmi?" məqaləsi aləmi QARIŞDIRDI – İş məhkəmədə


İrəvan şəhər Ümumi Yurisdiksiya Məhkəməsi Baş nazir Nikol Paşinyanın müxalif "Hraparak" media orqanına qarşı iddiasını qismən təmin edib.

Turkustan.az erməni mətbuatına istinadla xəbər verir ki, məhkəmə böhtan xarakterli məlumatların təkzib edilməsi haqda qərar çıxarıb, amma Paşinyanın 1 milyon dram təzminat tələbi rədd edilib.

Məlumatda deyilir ki, söhbət ötən ilin iyununda “Paşinyan arvadına xəyanət edirmi?" başlıqlı məqalədən gedir.

Məhkəmənin məlumatına görə, media qurumu iddialar irəli sürüb. Nəşr yazıb ki, “Bir neçə il əvvəl Paşinyanın öz sözçüsü ilə saatlarla ofisində qaldığı və içəridən qəribə səslərin gəldiyi barədə şayiələr yayılıb”. Məhkəmənin qərarına görə, media orqanı məlumatı dərc etməklə yanaşı, bu iddiaların hansı faktlara əsaslandığını göstərməyib. Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryandır.

Все решения о прекращении огня принимал Нагорный Карабах. Назели Багдасарян  | Radar Armenia

Paşinyan vətəndaş nikahında olduğu Anna Akopyanla ayrılıb. Onların bu evlilikdən 4 uşağı var.

Xatırladaq ki, fevralın 17-si A.Akopyan sosial şəbəkə hesabında paylaşım edərək N.Paşinyanla vətəndaş nikahının başa çatdığını açıqlayıb. 10 gün sonra o, Ermənistanın Baş naziri ilə ayrıldığını rəsmi şəkildə bəyan edib. Paşinyan isə məsələni şərh edərək Akopyanın qərarına hörmətlə yanaşdığını bildirib. Paşinyan 2025-ci ilin yayında Akopyanla niyə rəsmi nikahda olmadığını izah edib. Onun sözlərinə görə, 1990-cı illərdə müxalifətçi olduğu dövrdə həbs və əmlakının müsadirə olunacağını gözlədiyi üçün birgə alınmış mənzili Annanın adına rəsmiləşdirib. O bunu ailəsini və övladlarını qorumaq məqsədilə etdiyini deyib. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ