İşğalçıya “şəhid” deyən, ya cahildir, ya xain” – Əntiqə Rəşid yazır


Qədim Zərdüştilikdə şər tanrısı, şər və zülmət mənbəyi hesab edilən bir Əhrimən tanrısı var. Əvvəllər elə bilirdik ki, bu ancaq mifdir, rəvayətdir, əfsanədir. Sonra dünya düzəni dəyişdi, böyük imperiyalardan biri olan sovet( rus) rejimi çökəndən sonra bəzi faktların ortaya çıxması əslində bu imperiyanın bir Əhrimən olduğunu ortaya qoydu. 70 illik sovet imperiyası dövründə dinc, sadə insanların kütləvi həbsi, kütləvi deportasiya və kütləvi qırğınları dediyimizi təsdiq edir.

Xüsusən, türk xalqlarına qarşı başladılan mənəvi, fiziki və psixoloji səssiz müharibələr əhrimənliyin bariz nümunəsidir. Bu “əhrimənlik” missiyası tək sovet dönəmində baş verməyib. “rus dövləti yarandığı ilk illərdən, hətta, rus dövləti mövcud olmamışdan əvvəl rus əsilli dəstələrin silahsız el-obalara xaincəsinə basqınlarında da özünü göstərib.

“RUS” kəlməsi var olandan Azərbaycan adlı məmləkət, azərbaycan xalqının yaşadığı ərazilər bu əhrimən balalarından kifayət qədər başı bəlalar çəkib.
Məsələn , rusların Azərbaycan torpaqlarını kəşf etməsi, 944-cü il avqust ayının 24-də baş verən ilk geniişmiqyaslı işğala səbəb olub.

Təsəvvür edin, çox gəzib, çox görən rus tacirlərinin təsviri sayəsində Azərbaycan əraziləri 1081 iləvvəl Azərbaycan xalqının bəlasına dönüb. Böyük knyazlardan olan Oleq Veşiy daha sonra I Vladimir hərbi basqınlar, işğallar həyata keçirməyə başladı. Yəni Arranın paytaxtı Bərdəni işğal etdilər. Tarixi faktlara görə, ruslar 20 min bərdəlini qılıncdan keçirmişdilər. Darmadağın olan şəhərdə açlıq, xəstəlik insanları ölümə məhkum etdiyi zamanda rus əsgərlərinin sadə camaata qarşı amansızlığı da bir tərəfdən bərdəliləri məhv edirdi. Antisanitariya, aclıq Bərdədə o0 vaxt üçün qorxulu olan taun xəstəliyinin yayılmasına səbəb oldu.Dinc əhali ilə birgə xəstəlik həm də rus ordusunun içərisinə də sıçradı. 945-ci ilin 12 avqustunda rus qoşunu şəhəri tərk etməli oldu. Və düz 1081 ildir ki, ruslar Azərbaycana qarşı işğalçılıq meyillərini və addımlarını bir gün olsa belə dayandırmayıblar. Xatırlayın, Kürəkçay müqaviləsini, Gülüstan, Türmənçay müqavilələrini o müqavilələrin bağlanmasına qarşı çıxan soydaşlarımızın kütləvi şəkildə məhv edilməsini və torpaqlarımızda Asiyadan yığıb gətirilmiş hayların məskunlaşdırılmasını! Xatırlayın, milli hökümətimizin boğulmasını, xalqımızın böyük bir qisminin soyqırıma məruz qalmasını, “aprel inqilabı”nı və nəhayət xalqımızın 70 illik “türmə” həyatını! Xatırlayın müstəqil Azərbaycanın 35 illik qarşılaşdığı problemləri , dinc insanların azadlıq istəməsini və rus ordusunun o dinc xalqı tank tırtıllarının altında əzməsini, asfalta qanını tökməsini! Sonra isə 30 minə yaxın gənc oğul və qızlarımızın “rus gülləsi” ilə Qarabağda öldürülməsini xatırlayın! Qarabağın göylərində, yerlərində rus tərəfindən məhv edilən soydaşlarımızın harayını eşidin! Rusların əli ilə ermənilərə əsir düşmüş Azərbaycan qızının, qadının namusu gözlərinizin qarşısına gəlsin! Xatırlayın və düşünün! Bizim aqibətimizi hazırda yaşayan Ukrayna xalqına qan udduran əbədi düşmənimizi dəstəkləməyə, onun ordusunda dinc, mehriban , müstəqillik istəyən tərəqqipərvər xalqa qarşı döyüşmək bir azərbaycanlı, bir kişi olaraq özünüzə necə yaraşdırırsınız! Məsələn mən düşünürəm ki, əlində rus silahı ukraynalıların üzərinə gedən azərbaycanlı döyüşçü əslində öz xalqına , öz ana- bacısına, qohum əqrəbasına, öz xalqına qarşı döyüşürlər!Həm də əli silah tutub xalqını qoruyan ordumuza, yaralı, şikəst Qarabağ qazilərinə, şəhid ruhlarına qarşı döyüşür. Şəhidlərimizi yenidən qətl edirlər

Bayaq təsadüfən Rusiya–Ukrayna müharibəsində həlak olan azərbaycanlıların siyahısına baxdım. Deməli, hələ 2023-cü ilin məlumatında deyilir ki, Ukraynada azı 130 azərbaycanlı öldürülüb, 70 nəfər itkin düşüb və 100-ə yaxın azərbaycanlı yaralanıb. İndi də yazıblar ki, siyahıya daha 6 ad əlavə olunub.

Hələ onu da eşitmişəm ki, bəzi ailələr Ukraynada ölmüş Rusiyanı təmsil edən azərbaycanlıları “şəhid” adlandırıb.

Bunu etməyin! Gedib öz əzəli düşməninin ordusunda tərəqqipərvər xalqa güllə atmaq elə öz xalqına güllə atmaq qədər xəyanətkar bir addımdır. Dinc insanlara qarşı qətldir. Qatilləri “müqəddəs şəhid” adlandırmaq isə ya yaltaqlığın, ya cahilliyin , ya da xəyanətin göstəricisidir. İndi adınızı seçin!


MANŞET XƏBƏRLƏRİ