İlber Ortaylı Naxçıvanda buna heyrətləndi: niyə bizdə yoxdur? – FOTOLAR


Türkiyənin məşhur tarixçi-alimi İlber Ortaylı Naxçıvana səfəri ilə bağlı paylaşım edib.

Turkustan.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tarixçi paylaşımında Naxçıvanın musiqi mədəniyyətindən, mətbəxindən və türk dilinin Azərbaycanda səlis danışılmağından bəhs edib.

İlber Ortaylı Naxçıvanı Cənubi Qafqazın sevimli şəhəri adlandırıb: “Ötən həftə dörd gün Naxçıvanda oldum. Bura sevimli Cənubi Qafqaz şəhəridir… Binaların memarlığı, şəhərin yaşıllığı, bağçalı evləri, universitetin və rəsmi binaların möhtəşəm görkəmi məndə dərin təəssürat yaratdı. İran, Avropa və Anadolu burada birləşir…

Amma başqa bir detal həqiqətən diqqətimi çəkdi: hətta kəndlərdə də musiqi məktəblərinin olmağı və Naxçıvan Dövlət Universitetinin 150 nəfərlik simfonik orkestrə sahib olmağı. Qürurlandım, heyrətləndim və öz-özümə sual verdim: “Niyə Atatürkün musiqidə inqilab etdiyi bizim ölkədə belə bir şey yoxdur?” Konfranslar, orada qarşılaşdığım suallar, göstərilən diqqət məni valeh etdi”.

O, Naxçıvanın öz mətbəxi, incəsənəti, mədəniyyəti ilə özünəməxsus ruha malik olduğunu vurğulayıb: “Prezidentin nümayəndəsi Fuad Nəcəfli məni qəbul etdi. Bütün həmvətənləri kimi, o da musiqi və qrammatika biliklərindən qaynaqlanan istedada malikdir. İstanbul türkcəsini və Avropa dillərini də mükəmməl bilir. Təəssüf ki, ölkəmizdəki gənclər səhv tələffüzlə türkcə ana dilinin bu keyfiyyətinə xələl gətirirlər. Deməli, indi türkcə gözəl danışanları dinləmək üçün Azərbaycana səfər edəcəyik. Azərbaycan xalqı Türkiyəyə çox bağlıdır; nəşrlərimiz izlənilir, tərcümələr edilir və universitet tələbələri türk mədəniyyətinə ürəkdən istiqamətlənir. İki ölkə arasındakı əlaqələrin ən güclü tərəfi təkcə hərbi-iqtisadi deyil, həm də mədəni əlaqələrdir. Bu, onların tarixi irsinin təbii nəticəsidir”.

SnapInsta.to 555076594 18375583795178246 8865295228644281774 n
SnapInsta.to 557352946 18375583801178246 4200780366077981111 n
SnapInsta.to 554829595 18375583798178246 6930064799182497970 n
SnapInsta.to 556451312 18375583840178246 4971165670818680110 n
SnapInsta.to 556197992 18375583831178246 8255063524840477119 n
SnapInsta.to 555495201 18375583819178246 3624756906851465599 n
SnapInsta.to 554754740 18375583849178246 4388616180619045794 n


MANŞET XƏBƏRLƏRİ