Rusiya aktivlərindən əldə edilən gəlir Ukraynaya köçürüləcək


Avropa Birliyi (Aİ) Rusiyanın Mərkəzi Bankına məxsus dondurulmuş aktivlərdən əldə edilən daha 1,4 milyard avro faiz gəlirinin Ukraynaya dəstək məqsədilə istifadə olunacağını açıqlayıb.

Turkustan.az xəbər verir ki, Avropa Komissiyasının yaydığı bəyanata əsasən, Aİ sanksiyaları çərçivəsində dondurulmuş Rusiya Mərkəzi Bankının aktivlərindən əldə edilən 1,4 milyard avro faiz gəliri Aİ büdcəsinə köçürülüb.

Qeyd olunub ki, bu vəsait 2026-cı ilin birinci yarısında əldə olunan gəlirləri əhatə edir və dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər üzrə həyata keçirilən beşinci köçürmədir.

Bəyanatda bildirilib ki, Rusiya aktivlərinin dondurulmasından indiyədək ümumilikdə 8 milyard avro gəlir əldə olunub.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen də açıqlamasında vurğulayıb ki, Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirlər Ukraynanın dəstəklənməsi üçün yönləndirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ