Ukraynaya raket tədarükü niyə azalıb? Zelenskidən diqqətçəkən açıqlama


Ukrayna prezidenti Vladimir Zelenski Ukraynaya anti-ballistik raketlərin tədarükünün azalmasının arxasında siyasi motivlərin dayana biləcəyini bildirib.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, məqsəd Ukraynanı daha itaətkar mövqeyə sövq etmək ola bilər.

Zelenski bu fikirləri Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında səsləndirib.

Dövlət başçısı qeyd edib ki, 2026-cı ilin əvvəlindən etibarən Ukraynaya ballistik raketlərə qarşı istifadə olunan raketlərin tədarükü üç dəfə azalıb.

Zelenskinin sözlərinə görə, tərəfdaşlar, ilk növbədə ABŞ və Avropa ölkələri bu azalmanı Yaxın Şərqdəki münaqişələr və hərbi əməliyyatlarla izah ediblər. Bununla belə, o, tədarükün azalmasının arxasında siyasi səbəblərin də ola biləcəyini istisna etməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ