Danışıqlar davam etdikcə, ABŞ-dan çox vacib bir addım! Sanksiyalar qaldırıldı


ABŞ Maliyyə Nazirliyi Vaşinqton və Tehran arasında danışıqların davam etdiyi bir vaxtda antiterror sanksiyaları ilə bağlı məlumat bazasını yeniləyib.

Turkustan.az xəbər verir ki, yenilənmiş siyahıya əsasən, nazirlik 2024-cü ilin yanvarında sanksiya siyahısına daxil etdiyi İraqın "Fly Baghdad" aviaşirkətini, ona məxsus təyyarəni və şirkətin sahibini siyahıdan çıxarıb. Qurum daha əvvəl İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qüds Qüvvələrinə dəstək verdiyi iddiası ilə sanksiyaya məruz qalmışdı.

Qərar birbaşa İraqla bağlı olsa da, İran İnqilab Keşikçiləri Korpusu ilə əlaqələndirilən bir qurumun sanksiyalardan çıxarılması ABŞ-İran münasibətləri fonunda diqqət çəkən addım kimi qiymətləndirilir.

Digər tərəfdən, İran Xarici İşlər Nazirliyi Tehran və Məsqət arasında Hörmüz boğazında planlaşdırılan gəmiçilik marşrutunun coğrafi xüsusiyyətləri ilə bağlı razılıq əldə olunduğunu açıqlayıb. Nazirliyin məlumatına görə, tərəflər dəniz nəqliyyatı marşrutunun təşkili ilə bağlı texniki məsələlər üzrə ortaq mövqeyə gəliblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ