Avqustun 5-də Rusiyanın paytaxtı Moskva şəhərinin yaxınlığında yerləşən "Roskosmos"un əsas elmi mərkəzi və ballistik raket texnologiyalarının hazırlandığı TsNIIMash (Mərkəzi Elmi-Tədqiqat Maşınqayırma İnstitutu) müəssisəsində yanğın baş verib.
Turkustan.az xəbər verir ki, hadisə barədə ASTRA Telegram kanalı xəbər yayıb.
Məlumata əsasən, yanğın Korolyov şəhərində yerləşən TsNIIMash-ın ərazisində qeydə alınıb. Hadisənin başvermə səbəbi hələlik açıqlanmayıb.
Qeyd edək ki, TsNIIMash Rusiyanın kosmik sənayesinin aparıcı elmi-tədqiqat müəssisələrindən biri və "Roskosmos"un əsas elmi mərkəzi hesab olunur. Burada hazırlanan texnologiyalar ballistik raketlərin, naviqasiya sistemlərinin, peyk kəşfiyyatı vasitələrinin və digər hərbi təyinatlı sistemlərin yaradılmasında istifadə edilir.
![]()

Aytən Yaşar/ Turkustan.az