NATO qırıcıları 2026-cı ilin iyul ayında Alyansın şərq cinahı yaxınlığında Rusiya hərbi təyyarələrini ötən ilin eyni dövrü ilə müqayisədə 250 faiz daha çox ələ keçirib.
Turkustan.az xəbər verir ki, bu barədə Niderlandın Brunssum şəhərində yerləşən NATO Birgə Qüvvələr Komandanlığı X sosial şəbəkəsində paylaşım edib.
Paylaşımda bildirilir:
"Rəqəmlər yalan danışmır. 2025-ci ilin iyul ayı ilə 2026-cı ilin iyul ayını müqayisə etdikdə aydın görünür ki, NATO-nun şərq cinahı boyunca Rusiya təyyarələrinin ələ keçirilməsi 250 faizdən çox artıb."
NATO bu statistikanı Alyansın şərq sərhədlərində hava məkanının qorunması üzrə fəaliyyətin intensivləşdiyinin göstəricisi kimi qiymətləndirib.
AYtən Yaşar/ Turkustan.az