Hakan Fidan: Diqqətimiz Fələstin və Əl-Əqsa məsələsindən yayınmadı


Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, bölgədəki digər böhranlara baxmayaraq, Ankara Fələstin, Qəzza, Qərb sahili və Əl-Əqsa məscidi ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır.

Turkustan.az xəbər verir ki, İordaniyanın paytaxtı Əmmanda Qüdslə bağlı nazirlər səviyyəsində keçirilən toplantıdan sonra AATRT Arabiyə danışan Fidan deyib ki, diqqətin başqa istiqamətlərə yönəlməsi İsrailin Qəzza, Qüds, Əl-Əqsa məscidi və Qərb sahilindəki fəaliyyətini asanlaşdıra bilər.

Nazir vurğulayıb ki, Əl-Əqsa məscidi Türkiyə üçün müqəddəs məkanlardan biridir və ona qarşı istənilən təcavüz türk xalqının dəyərlərinə yönəlmiş hücum kimi qiymətləndirilir.

Fidan həmçinin qeyd edib ki, Körfəz regionundakı müharibə və Hörmüz boğazı ilə bağlı gərginlik qlobal gündəmdə ön plana çıxsa da, bu, Türkiyənin Fələstin məsələsinə diqqətini azaltmayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ