İsrail ordusu Hizbullahı atəşkəsi pozmaqda ittiham edərək Livanın cənubuna hava zərbələrini bərpa edib.
Turkustan.az xəbər verir ki, hücumlar ABŞ-ın vasitəçiliyi ilə Romada atəşkəsin qorunması və döyüşlərin dayandırılması məqsədilə aparılan danışıqlar fonunda həyata keçirilib.
İsrail Müdafiə Qüvvələrinin (IDF) açıqlamasında bildirilib ki, Hizbullahın atəşkəsi kobud şəkildə pozmasına cavab olaraq Livanın cənubundakı hədəflərə dəqiq zərbələr endirilib.
Bundan əvvəl İsrail ordusu Livanın cənubunda yerləşən Mənsuri şəhərinin sakinlərini ərazini tərk etməyə çağırmışdı.
Livan mediasının məlumatına görə, hücum nəticəsində azı bir nəfər həlak olub, daha 11 nəfər yaralanıb.
Aytən Yaşar/ Turkustan.az