Qızıl kəskin bahalaşacaq – Tarix və qiymət


ABŞ və İran arasında sülh sazişinin imzalanacağına dair gözləntilərin inflyasiya narahatlıqlarını qismən aradan qaldırması fonunda qızılın qiyməti bahalaşır.

Turkustan.az xəbər verir ki, hazırda Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 4201 dollar civarındadır.

Gün ərzində qızılın qiyməti 4 faizdən çox artıb. Gümüşün qiyməti isə 3 faizdən çox bahalaşaraq iyulun 7-dən bəri ən yüksək səviyyəyə çatıb. Gümüşün bir troya unsiyasının qiyməti hazırda 62 dollardır.

“Citigroup”un analitikləri qızılın qiymətinin növbəti ay ərzində sabit qalacağını və ya bir qədər azalacağını, ilin dördüncü rübündə 4500 dollara, gələn ilin birinci yarısında isə 5000 dollara yüksələcəyini proqnozlaşdırırlar./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ