İtaliyada inanılmaz hadisə: Milyonluq uduş bileti zibillikdən tapıldı


İtaliyada 1 milyon avro dəyərində lotereya cekpotu qazanan qadın uduş biletini təsadüfən zibilə atdığını anlayandan sonra bələdiyyənin tullantı toplama xidmətindən kömək istəyib.

Turkustan.az xəbər verir ki, hadisə ölkənin cənubundakı Apuliya bölgəsində baş verib. Qadın milyon avroluq uduş qazandığını öyrəndikdən sonra biletin zibilə atıldığını anlayaraq aidiyyəti qurumlara müraciət edib.

Tullantıların idarə olunması ilə məşğul olan SANB şirkətinin koordinasiyası ilə zibil maşınının fəaliyyəti dayandırılıb və toplanmış tullantılar çeşidlənərək axtarış aparılıb.

Bir gündən çox davam edən axtarışlardan sonra lotereya bileti zibillərin arasında salamat vəziyyətdə tapılıb və sahibinə təhvil verilib.

Şirkət rəsmiləri bileti "möcüzəvi şəkildə tam və zədələnməmiş vəziyyətdə" tapdıqlarını bildiriblər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ