Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani sabah işgüzar səfərlə Türkiyəyə gələcək.
Turkustan.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, xarici işlər naziri Hakan Fidan Ankarada suriyalı həmkarı ilə görüş keçirəcək.
Görüşdə Suriyada davamlı sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlər, Türkiyənin bu prosesə verdiyi dəstək, eləcə də regional və beynəlxalq gündəmdəki məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Məlumata görə, Hakan Fidan görüş zamanı Suriyanın terrorla mübarizə sahəsində imkanlarının getdikcə gücləndiyini vurğulayacaq və Ankaranın bu istiqamətdə Dəməşqlə koordinasiyanı daha da genişləndirməkdə qərarlı olduğunu bildirəcək.
Aytən Yaşar/ Turkustan.az