QHT “Şagirdlər və pedaqoji kollektiv arasında vərəm xəstəliyi ilə bağlı maarifləndirmə işi” layihəsinə başlayıb


Vərəmsiz Gələcəyə Doğru İctimai Birliyi 2025-ci ilin Qrant müsabiqəsinin qalibi qismində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Şagirdlər və pedaqoji kollektiv arasında vərəm xəstəliyi ilə bağlı maarifləndirmə işi” layihəsinin hazırlıq mərhələsinə başlamışdır.

QHT.az xəbər verir ki, layihə 01 İyul 2025 – 01 Noyabr 2025 tarixlərini əhatə edərək şagirdlər və pedaqoji kollektiv arasında vərəm xəstəliyi haqqında məlumatlılığı artırmaq, vərəm xəstəliyinin simptomları, yayılma yolları və profilaktika metodları barədə biliklər kimi ən başlıca məqamları ən sadə dildə auditoriyaya çatdıraraq vərəmə qarşı ictimaiyyətin diqqətinin artması, yanlış məlumatların azalması və gənclərin sağlam yaşam tərzinə yönəlməsini təbliğ etməkdir.

Əsas benefisiarlar kimi Bakı məktəblərinin 7-11-ci sinif şagirdləri seçilmişdir, çünki , bu yaş qrupu sağlamlıq problemləri və xəstəliklər barədə biliklərin formalaşması üçün kritik dövr sayılır. Layihənin icra olunacağı məktəblərin yerləşdiyi rayonların seçilməsi isə statistikaya əsasən son dövrdə 7-17 yaş arasında olan uşaqların daha çox vərəm xəstəliyi ilə xəstələnmə halları olan ərazilərdir.

Eyni zamanda benefisiarlar sırasında məktəblərin pedaqoji kollektivləri də nəzərdə tutulmuşdur. Beləki onlar şagirdlərin bilik və məlumatlandırma səviyyəsinin artırılmasında daha mühüm rol oynadığından onların da vərəm xəstəliyi haqqında məlumatlı olması, şagirdlərə daha yaxşı rəhbərlik etməyə kömək edəcəkdir.

Valideynlərin isə benefisarlar sırasında olması və vərəm xəstəliyi haqqında məlumatlandırılması, ailə mühitində müzakirələrin aparılmasına və şagirdlərin sağlamlığını qorumağa yönəlmiş addımların atılmasına səbəb olacaqdır.

Hazırlıq periodunda layihənin icra qrupuna göstərdikləri hərtərfli konsultativ yardıma gör isə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, onun əsas strukturu olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, habelə Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinə öz dərin minnətdarlığımızı bildiririk.


MANŞET XƏBƏRLƏRİ