Kılıçdaroğlunun sözləri tamaşaçıları ayağa qaldırdı


Məhkəmənin qərarı ilə CHP sədrliyinə qayıdan Kamal Kılıçdaroğlu CHP İstanbul Vilayət Təşkilatının təşkil etdiyi üzvlük mərasimində çıxış edərək Yeni Partiyanın yaradılması və partiya daxilində korrupsiya ilə bağlı diqqətçəkən mesajlar verib.

Turkustan.az xəbər verir ki, çıxışında partiyanın prinsiplərinə sadiqliyin vacibliyini vurğulayan Kılıçdaroğlu bildirib ki, CHP sıralarında korrupsiyaya yol verən şəxslərə yer yoxdur.

"Heç bir CHP üzvü korrupsiya edənlərlə eyni sırada dayana bilməz. Əgər məqsədiniz korrupsiya etmək, dövlət vəsaitini mənimsəməkdirsə, dərhal partiyanı tərk etməlisiniz", – deyə, o bildirib.

Kılıçdaroğlunun bu sözləri mərasimdə iştirak edən partiya üzvlərinin bir qismi tərəfindən ayaqüstə alqışlanıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ