Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş 2017-ci ildə vəzifəyə başladıqdan sonra ilk dəfə Suriyaya səfər edib.
Turkustan.az xəbər verir ki, bu, eyni zamanda 2009-cu ildən bəri BMT Baş katibinin Suriyaya ilk rəsmi səfəridir.
Quterreş üç günlük səfər çərçivəsində Suriyanın paytaxtı Dəməşqə gəlib.
BMT Baş katibini Dəməşq Beynəlxalq Hava Limanında Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani qarşılayıb.
Səfər zamanı Quterreşin Suriya Prezidenti Əhməd Şara, hökumət rəsmiləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşləri nəzərdə tutulur.
BMT Baş katibi bazar ertəsi Suriya parlamentində çıxış edəcək. O, həmçinin İsrail və Suriya qüvvələri arasında bufer zonada fəaliyyət göstərən BMT sülhməramlı qüvvələrinin yerləşdiyi bölgəyə səfər edəcək.
Aytən Yaşar/ Turkustan.az