Tramp: "Çin və Rusiya İrana silah satmayacaq"


ABŞ Prezidenti Donald Tramp sosial media hesabında paylaşdığı açıqlamada Çin və Rusiyanın İrana silah tədarükündə iştirak etdiyinə inanmadığını bildirib.

Turkustan.az xəbər verir ki, o, belə bir addımın hər iki ölkənin maraqlarına uyğun olmayacağını vurğulayıb.

Tramp qeyd edib ki, Çin Prezidenti Si Cinpinlə Pekində keçirdiyi görüş zamanı bu məsələni müzakirə edib.

ABŞ prezidentinin sözlərinə görə, Si Cinpin ona Çinin heç bir halda İrana silah verməyəcəyini və ya satmayacağını, bu öhdəliyin Çin şirkətlərinə də şamil olunduğunu bildirib.

"Münasibətlərimizi nəzərə alaraq onun sözünə inanıram. Bundan əlavə, ona çoxlu yaxşılıq edirəm", – deyə, Tramp paylaşımında qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ