Qara dənizdə, Odessa limanı yaxınlığında "GN Group"a məxsus "Lady Zehma" quru yük gəmisi dron hücumuna məruz qalıb.
Turkustan.az xəbər verir ki, bu barədə "Azərbaycan Dənizçilərinə Dəstək" İctimai Birliyi məlumat yayıb.
Məlumatda qeyd edilib ki, gəminin heyəti 22 nəfərdən ibarət olub. Onlardan 19-u Azərbaycan, 1-i Türkiyə, 1-i Ukrayna, 1-i isə Misir vətəndaşıdır.
Bildirilib ki, hücum nəticəsində heyət üzvlərinin hamısı sağ qalıb və onlardan heç biri xəsarət almayıb./modern.az