Rusiya bazarları silkələyəcək bir qərar verdi! Heç bir ölkəyə satılmayacaq


Rusiya hökuməti benzin ixracına tətbiq olunan qadağanın müddətini 2026-cı ilin sonunadək uzatmaq qərarı verib.

Turkustan.az xəbər verir ki, Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak Omskda jurnalistlərə açıqlamasında bildirib ki, hökumətin koordinasiya iclasında benzin ixracına qoyulan qadağanın ilin sonuna qədər qüvvədə saxlanılması barədə qərar qəbul edilib.

Novak əlavə edib ki, dizel ixracına tətbiq edilən məhdudiyyət isə daxili bazarda vəziyyət sabitləşdikcə mərhələli şəkildə aradan qaldırılacaq.

Onun sözlərinə görə, bu addım neft emalı zavodlarının artıq istehsal və emal həcminin azalması səbəbindən çətinliklə üzləşməsinin qarşısını almağa xidmət edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ