Rusiya Ukrayna limanlarına növbəti zərbələri endirdi


Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi məqsədlər üçün istifadə olunduğunu iddia etdiyi liman infrastrukturuna növbəti zərbələr endirdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, bu arada, Rusiyanın Belqorod vilayətində Ukraynanın hücumları nəticəsində iki nəfərin öldüyü bildirilib.

Nazirliyin yaydığı məlumata görə, gecə saatlarında Odessa, İzmail və Nikolayev limanlarında yerləşən hərbi logistika obyektləri hədəfə alınıb.

Açıqlamada bildirilib ki, Odessa limanında hərbi yüklərin daşınması və saxlanması üçün istifadə edilən infrastruktur, yanacaq və neft obyektləri, İzmail limanında hərbi texnika anbarı, Nikolayev limanında isə hərbi yük daşıyan gəmi vurulub.

Rusiya Müdafiə Nazirliyi əməliyyat zamanı yüksək dəqiqlikli hava hücum vasitələri və pilotsuz uçuş aparatlarından istifadə edildiyini bildirib.

Eyni zamanda, Rusiyanın Belqorod vilayətinin qubernator səlahiyyətlərini icra edən şəxs Ukraynanın bölgəyə endirdiyi hücumlar nəticəsində iki nəfərin həyatını itirdiyini açıqlayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ