Husilərdən Səudiyyə Ərəbistanına raket və PUA hücumu iddiası


Yəməndə İranın dəstəklədiyi Husi hərəkatı (Ənsarullah) Səudiyyə Ərəbistanının Cazan və Yanbu bölgələrində yerləşən Aramco obyektlərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə hücum etdiyini iddia edib.

Turkustan.az xəbər verir ki, husilərin hərbi sözçüsü Yəhya Seri X sosial şəbəkəsində yayımladığı açıqlamada bildirib ki, Aramco obyektlərinə qarşı iki ayrı "mürəkkəb hərbi əməliyyat" həyata keçirilib.

Onun sözlərinə görə, ilk hücum zamanı Cazandakı obyektlər onlarla ballistik raket və PUA ilə hədəfə alınıb. Ardınca Yanbudakı Aramco obyektlərinə ballistik və qanadlı raketlər, eləcə də PUA-larla zərbələr endirilib.

Seri hücumlar nəticəsində hədəflərin uğurla vurulduğunu iddia edib. O, həmçinin Səudiyyə Ərəbistanına qarşı tətbiq etdikləri dəniz blokadasının davam etdiyini və yaxın saatlar və günlərdə hücumların intensivliyinin arta biləcəyini bildirib.

Səudiyyə Ərəbistanı isə husilərin iddiaları ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ