Məhkəmə qərarı ilə CHP sədri vəzifəsinə bərpa edilən Kamal Kılıçdaroğlu, Özgür Özəl və 90 millət vəkilinin partiyadan ayrılaraq Yeni Partiya yaratmasından sonra ilk dəfə bu məsələ ilə bağlı açıqlama verib.
Turkustan.az xəbər verir ki, Kılıçdaroğlu CHP İstanbul Vilayət Təşkilatının keçirdiyi üzvlük mərasimində çıxış edərək partiyadakı son prosesləri dəyərləndirib.
O, çıxışında ayrılıq prosesinə toxunaraq, "Allaha şükür, təmizlənmə əsasən başa çatdı", – deyə, bildirib.
CHP lideri partiya daxilində yeni mübahisələrin yaranmamasının vacibliyini vurğulayaraq üzvlərə səbirli olmağa çağırıb.
"Mütləq zərurət olmadığı halda mübahisələrə qoşulmamalıyıq. Partiyamızın əsas hədəfi birlik və həmrəyliyi qorumaq olmalıdır", – deyə, Kılıçdaroğlu qeyd edib.
Aytən Yaşar/ Turkustan.az