İran iyulun 8-də ABŞ ilə atəşkəs başa çatdıqdan sonra ölkənin Yaxın Şərqdəki bazalarında 200-dən çox amerikalı hərbçini zərərsizləşdirib.
Turkustan.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hoseyn Mohebi məlumat verib.
Mohebi iddia edib ki, ABŞ tərəfindən yaralıların sayı bundan da çoxdur. O, ABŞ-ın itkilərlə bağlı məlumatlarını yalan adlandırıb və Vaşinqtona İranın Yaxın Şərqdəki hücuma məruz qalan Amerika bazalarına KİV-i dəvət etməyi təklif edib.
Bundan əvvəl "Axios" portalı yazıb ki, ABŞ Prezidenti iyulun 25-nə keçən gecə təxminən iki həftə davam edən İrana qarşı hava zərbələrinin dayandırılması barədə göstəriş verib. Bu addım Oman nümayəndələrinin Tehranda danışıqlar apardığı vaxt atılıb. Həmin görüş zamanı Hörmüz boğazından gəmiçiliyin mümkün bərpası məsələsində müəyyən nəticələr əldə olunub.
"Axios"un fikrincə, ABŞ-ın İslam Respublikasına zərbələri dayandırması Amerika administrasiyasının diplomatik tənzimləmə üçün şərait yaratmağa hazır olduğundan, həmçinin mövcud hərbi əməliyyatların miqyasının öz effektivlik həddinə çatmasından xəbər verə bilər./publika.az