Xamenei öldürülərsə, İranda nələr baş verəcək? - SEPAH-ın ŞOK PLANLARI - ŞƏRH


İran-İsrail müharibəsi bu gün 11-ci gününü geridə qoydu. Ötən gün ABŞ-ın da müharibəyə qoşulması ilə vəziyyət əməlli-başlı qarışdı. Halbuki, ABŞ lideri Tramp dəfələrlə: "Mən bütün müharibələri dayandıracağam, hətta Ukrayna-Rusiya müharibəsini də 24 saata bitirəcəyəm" deyirdi. İndi isə bizim gördüyümüz mənzərə tam əksidir.

ABŞ hər nə qədər, biz müharibəyə qatılmayacağıq, bu İran və İsrailin məsələsidir desə də, vəziyyətə seyirci qalmaq istəmədi. Bu gün bir sıra ölkələrin liderləri ABŞ-ın müharibəyə qoşulması və İranı bombalaması ilə bağlı açıqlamalar verdi. Kimisi bunu dəstəklədi, kimisi də kəskin tənqid etdi.

Bu arada İran lideri Xamanei hələ də bunkerdə gizlənməkdə davam edir, lakin qaldığı yerdən açıqlamalar verir, ultimatumlar göndərir. O, bildirib ki, ABŞ-ın İranı vurmasına cavabımız ağır olacaq. Nəticədə ABŞ-ın ölkələrdəki bazaları vurulur.

Maraqlıdır görəsən, əgər Xamenei öldürülərsə, İranda vəziyyət hansı istiqamətdə dəyişəcək? Turkustan.az olaraq bu sualımızı politoloqlar Məhəmməd ƏsədullazadəyəƏziz Əlibəyliyə ünvanladıq.

Məhəmməd Əsədullazadə: "Ölkədə narkotika istehsal edilir, yoxsa belə ucuz  qiymətə satılmazdı"

Məhəmməd Əsədullazadə

İsrailin İrana qarşı əməliyyatları nüvə silahının əldə edilməməsi üçün başladı. Ancaq vəziyyət irəlilədikcə İsrail artıq İranda rejimi dəyişməyi hədəfləyir. Xüsusi ilə də dini lider Xameneini aradan götürməyə çalışır. Amma düşünürəm ki, ABŞ tərəfi Xameneinin öldürülməsində maraqlı deyil. Ona görə də proses uzanır. Xamenei aradan götürülsə belə, İranda rejim dəyişikliyi çətin prosesdir. Çünki, yeni dini rəhbər SEPAH və digər güclü qrup və qurumlar tərəfindən seçilə bilər. Həmçinin, Xamenei öldürülərsə, İran daha da aqressivləşə bilər və ABŞ-la dipomatik əlaqələr qurula bilər. Ümumilikdə, SEPAH imkan verməz ki, İranda sistem çöksün, çünki, bunun məsuliyyətini o daşıyır.

Əziz Əlibəyli: Avropada anarxizmə yoluxmuş bir neçə ölkə var- ÖZƏL

Əziz Əlibəyli

Müharibə başlayanda Xameneinin öldürülməsi gündəmdə var idi, ancaq sonradan düşündülər ki, onu öldürsələr, şəhid və qəhrəman obrazına bürünəcək. Bundan əlavə onun ölümü müqavimət oxunu tamamilə qərbin əleyhinə çevirə bilərdi. Amma indi görünın odur ki, onun qalması və İranın məğlubiyyətində günahkar şəxs kimi göstərilməsi daha çox sərfəlidir və artıq bu strategiyaya keçid olunub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ