Rusiyanın dövlət nüvə enerjisi korporasiyası “Rosatom” Zaporojye Atom Elektrik Stansiyasına (AES) və yaxınlıqdakı Energodar şəhərinə hücumların böyük fəlakətə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, bunu “Rosatom”un baş direktoru Aleksey Lixaçev Moskvada jurnalistlərə açıqlamasında bildirib.
Lixaçev Ukrayna ordusunun Energodar şəhərində mülki əhaliyə qarşı hücumlarının intensivliyinin durmadan artdığını iddia edib.
O, Zaporojye AES-in və şəhərin hədəfə alınmasının ciddi nəticələrə yol aça biləcəyini vurğulayaraq, belə hücumların böyük regional fəlakətə səbəb ola biləcəyini qeyd edib.
Aytən Yaşar/Turkustan.az