Ağ Ev ABŞ-ın noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən əvvəl İrana hücum etməyəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, bu açıqlama ABŞ və İsrailin yaxın gələcəkdə İrana mümkün hücumları ilə bağlı müzakirələrin davam etdiyi bir vaxtda səsləndirilib.
ABŞ-ın Drop Site News xəbər platformasına yazılı açıqlama verən Ağ Evin mətbuat katibinin müavini Anna Kelli prezident Donald Trampın məsələ ilə bağlı əvvəlki mövqeyini təkrarlayıb.
Kelli bildirib ki, ABŞ ara seçkilərdən əvvəl İrana hücum etməyəcək. Bununla belə, o, İsrailin İrana hücum ehtimalı ilə bağlı şərh verməyib.
Tramp ötən həftəki açıqlamasında noyabrın 3-dək İrana heç bir halda hücum etməyəcəklərini deyib.
Bununla yanaşı, ABŞ prezidenti İranı seçkilərdən əvvəl neft qiymətlərini artırmaq üçün “hər şeyi etməkdə” ittiham edib.
Aytən Yaşar/Turkustan.az