Ermənistan Türkiyə ilə sərhədin açılması məsələsində Azərbaycan və Türkiyə ilə işləməyə davam edir. Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə oktyabrın 22-də hökumətin iclasından sonra keçirilən brifinqdə bildirib.
Turkustan.az xəbər verir ki, Paşinyan Azərbaycanın bu məsələ ilə bağlı müəyyən qeydlərinin olduğunu deyib.
“Hazırda proseslər bu mərhələdədir. Bununla belə, müəyyən qərarlara nail olmaq üçün həm Azərbaycan, həm də Türkiyə ilə işləməyə davam edirik”, - deyə baş Paşinyan vurğulayıb./publika.az