Paris və daha 3 şəhərdə etirazlara qadağa qoyuldu


Fransada ötən həftəsonu etirazlar zamanı baş verən zorakılıq və talanlardan sonra Paris, Lill, Lion və Qrenobl şəhərlərində nümayişlər qadağan edilib.

Turkustan.az xəbər verir ki, hökumət oktyabrın 24-də keçirilməsi planlaşdırılan yeni etirazlar ərəfəsində təhlükəsizlik tədbirlərini gücləndirib.

Yaşayış xərclərinin artmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı keçirilən aksiyalar zamanı baş verən hadisələrdən sonra Fransa hökuməti ictimai asayişin pozulması riskinə görə məhdudiyyətlər tətbiq edib.

Paris polisi paytaxtın bir sıra ərazilərində yerli vaxtla saat 08:00-dan 20:00-dək toplantı və nümayişlərin keçirilməsini qadağan edib.

Qadağa Yelisey sarayı, Bastiliya və Respublika meydanları, parlamentin hər iki binası, Luvr muzeyi və Şanzelize prospekti də daxil olmaqla bir sıra əraziləri əhatə edir.

Aytən Yaşar/Turkustan.az

++++++++++++++++++++++


MANŞET XƏBƏRLƏRİ