Avropa Parlamenti Qara dənizdə mülki ticarət gəmilərinə hücumların qarşısını almaq üçün Avropa İttifaqının dəniz əməliyyatı keçirməsi variantını nəzərdən keçirməyi tövsiyə edən qətnamə qəbul edib.
Turkustan.az xəbər verir ki, Strasburqda keçirilən səsvermədə sənədin lehinə 432, əleyhinə 52 deputat səs verib, 88 deputat isə bitərəf qalıb.
Qətnamədə Rusiyanın Bolqarıstan və Rumıniya sahilləri yaxınlığında baş verən son hücumlara, eləcə də Rumıniyanın hava məkanının dəfələrlə pozulmasına görə məsuliyyət daşıdığı bildirilib.
Sənəddə Qara dənizin qərb hissəsində mülki gəmilərə hücumların Rusiyanın Ukraynaya qarşı müharibəni genişləndirməsinin bir hissəsi olduğu vurğulanıb. Həmçinin Moskvanın mülki dəniz nəqliyyatını sistematik şəkildə hədəf aldığı qeyd olunub.
Aytən Yaşar/Turkustan.az